"Dağlıq Qarabağ məsələsi bizim də qanayan yaramızdır" - Ərdoğan

30 Oktyabr 2017 12:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yerli KİV-lərə müsahibəsində bildirib:

"Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır.

Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz.

Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik."