Qazaxıstanın baş naziri Bakıdadır

30 Oktyabr 2017 13:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Bakıtjan Saqintayevi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.