Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərləri gələn ay Bakıda görüşəcək

30 Oktyabr 2017 14:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E. Məmmədyarov deyib ki, görüş Bakıda keçiriləcək: "Bu ölkələr dünyada siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib oyunçulardır. Ona görə xarici işlər nazirləri səviyyəsində bütün çağırış və təhdidlərin, imkanların müzakirə olunması üçlü formatda müzakirəsi çox faydalıdır. Əgər ciddi təkliflər, məsələlər ortaya çıxarsa, üç ölkənin prezidentlərinin də görüşü mümkündür".