Bunu əməkdar artist, diktor Nailə İslamzadə deyib. Onun sözlərinə görə, Rafiq Hüseynov Almaniyaya aparılanda bütün diktorlarda bir inam hissi yaranıb: “Dedik ki, sağalacaq. Biz onu sağ-salamat, ümidlə yola saldıq, amma sonda ölüm xəbərini aldıq. Hardan biləydik ki, qərib ölkədə dünyasını dəyişəcək”.
Nailə İslamzadə deyir ki, Rafiq Hüseynov haqqında danışarkən xatirələr onu 1982-ci ilə aparır: “Televiziyaya qəbul olunanda Rafiq müəllim münsiflər heyətində idi. O, bütün diktorlara vaxt ayırırdı, onlarla həm azərbaycan, həm də rus dilində çox ciddi məşğul olurdu. Rafiq müəllimi dəhlizdə əli belində görən kimi yolun yarısından qayıdardım. Əli belində olanda bilirdim ki, nəyisə düz deməmişəm”.
Bahar RÜSTƏMLİ
AzNews.az