Azərbaycan prezidenti Tehranda rusiyalı həmkarı ilə görüşəcək

30 Oktyabr 2017 16:16 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan və İran prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün noyabrın 1-də Tehrana səfər edəcək.

Görüş zamanı Azərbaycan, Rusiya və İran arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın ən vacib mövzuları müzakirə olunacaq.

Putin həmçinin Azərbaycan və İran liderləri ilə ikitərəfli görüşlər də keçirəcək.