Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib

30 Oktyabr 2017 17:24 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə zərərçəkmişlərin vurulmuş mənəvi zərərin tutulması barədə mülki iddiaları təmin edilməyib.

Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən şəxslərdən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il , Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.