Silahlı şəxs uşaq bağçasına hücum etdi - Ermənistanda

30 Oktyabr 2017 19:20 (UTC+04:00)

"Report"un verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerinə yollanıb.

Yerli KİV əli bıçaqlı şəxsin baxçaya hücum etdiyini yazıb.

"İnterfaks"ın mənbələrinə istinadən verdiyi xəbərə görə, hücum edən şəxs baxçanın əməkdaşlarını və uşaqların əksəriyyətini azad edib, amma bir uşağı girov saxlamaqda davam edir.

Ermənistan Armavir şəhərindək uşaq bağçasına silahlı hücum edən şəxsin bağça direktorunun keçmiş kürəkəni olduğu ehtimal edilir.

Həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş.

Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.

AzNews.az