Zəncirvari qəza - Xəsarət alan var

30 Oktyabr 2017 21:19 (UTC+04:00)

AzNews.az "Report"-a istinadən xəbər verir ki, hadisə Qazax-Kosalar avtomobil yolunda qeydə alınıb.

Belə ki, 70 yaşlı Kosalar kənd sakini İsmayıl Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı maşına, daha sonra yol kənarında dayanan "Vito" markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Opel" markalı maşının sürücüsü, 1989-cu il təvəllüdlü Tural Fəxrəddin oğlu Nəsibov isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.