İki nəfərin üstünə ağac aşdı - Astarada

30 Oktyabr 2017 22:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, təqribən 50 yaşında olan Pəlikeş kənd sakini Bağırov Etibar Manaf oğlunun və Motlayataq kənd sakini 1985-ci il təvəllüdlü Şəfa Ziyabəddin qızı Əliyevanın üzərinə ağac aşıb.

Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.