Daşkəsəndə meşə yanğını ram edildi - Rəsmi

31 Oktyabr 2017 09:33 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az -a verilən məlumata görə, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.

Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.