9 adamı doğrayıb soyuducuda gizlətdi - Şok olay

31 Oktyabr 2017 11:57 (UTC+04:00)

Polis Tokyoda itkin düşmüş 23 yaşlı qızın axtarışı zamanı şübhəli gəncin evində dəhşətli olay ilə üzləşib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, axtarış zamanı soyuducuda doğranmış insan meyitləri aşkarlanıb. Polisin verdiyi məlumata görə, bəzi meyitlər parçalanaraq bir neçə konteyner içərisində soyuducuya yerləşdirilib.

Manyak oğlan və itkin düşmüş qız twitter sosial şəbəkəsində tanış olublar. Yazışma, qızın "onunla intihar edən birisini axtardığını" yazdıqdan sonra başlayıb.

Mənzilin sahibi saxlanılıb və böyük ehtimalla, qətl şübhəsi ilə həbs olunacaq.