Təcavüzə qarşı mini yubka qadagası

22 Fevral 2013 22:40 (UTC+04:00)


Yüzlərlə qadın küçələrə çıxaraq mini ətək mitinqi keçiriblər. Açıq geyimlər geyinmək hüquqlarının olduğunu bildirən qadınlar polisin belə qadınları həbs edəcəyinə dair xəbərdarlığına etiraz ediblər.
BuAfrika ölkəsinin polisinin fikrincə, açıq-saçıq geyimlər təcavüz faktlarını artırır. "Sinxua" agnetliyin məlumatına görə, bu qərara etiraz edın qadınlar təcavüzçüləri həbs edə bilməyən polisin qadınları günahlandırmasının məntiqsiz olduğunu bildiriblər. Artıq mini yubka geyindiyi üçün 40-a yaxın qadın həbs edilib.

Elnarə
Aznews.az