Azərbaycanın qonşusu hava təlimlərinə başladı

31 Oktyabr 2017 14:56 (UTC+04:00)

İran İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) təlimlərə başlayıb.

AzNews.az xəbər verir ki, İranın İsfahan şəhəri yaxınlığında yerləşən hərbi aeroportundan havaya qalxan hərbi təyyarələr döyüş tapşırığını yerinə yetirirlər.

İran HHQ-nin nümayəndəsi general Məsud Hoşruz mətbuata açıqlamasında bildirib ki, təlimlərin məqsədi hərbi təyyarələrin və şəxsi heyətin döyüş qabiliyyətini yoxlamaqdır.