İlham Əliyev: "Türkiyədən hərbi məhsullar alırıq və alacağıq"

31 Oktyabr 2017 16:15 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb. "Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb.