Şahmatçımızdan növbəti uğur

31 Oktyabr 2017 19:32 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə iki pillə irəliləyib. Reytinq siyahısında təmsilçimiz 2799 xalla dördüncü pillədədir.

Digər şahmatçımız Teymur Rəcəbov isə 2741 xalla 19-cu pillədə yer alıb. Arkadi Naydiç 2700 xalla siyahıda 44-cü, Rauf Məmmədov isə 2686 xalla 58-ci yerdədir.

Qeyd edək ki, reytinq cədvəlinə 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.