Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir - Ərdoğan

31 Oktyabr 2017 22:23 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

“Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, inşallah, addımını atacağıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyənin və Azərbaycanın bu həmrəyliyi, beynəlxalq təşkilatlarda da göstərilən həmrəylik çox vacibdir. Qarşıda Azərbaycanın EXPO məsələsi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün gücü ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacağıq.