"Günahsız günahkarlar" bölgələrdə - Foto

1 Noyabr 2017 10:47 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, yaradıcı heyət Hacıqabul, Sabirabad, İmişli, Saatlı və Şirvan rayonlarında olacaq. Teatr heyəti bu səfərdə tamaşaçılara “Günahsız günahkarlar” tamaşasını nümayiş etdirəcək.

Qeyd edək ki, “Günahsız günahkarlar” tamaşası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Arzu Soltanın müəllifi olduğu tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu isə Könül Şahbazovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa edirlər.

Bahar RÜSTƏMLİ
AzNews.az