“Türkiyə-Azərbaycan münasibətləri dəmir bağlardan daha güclüdür” - Səfir

1 Noyabr 2017 19:56 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O xatırladıb ki, iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Bakı-Tbilisi-Qars dəmiryol xəttini açıb: "Bakı-Tbilisi-Qars dəmiryol xətti aramızda olan dəmir bağlardan biridir. Amma bizim aramızdakı münasibətlər dəmir bağlardan daha güclüdür".