AzNews.az Tass-a istinadən xəbər verir ki, görüş noyabrın 1-də İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək üçtərəfli zirvə görüşündən əvvəl baş tutub.
Görüş zamanı Putin bildirib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində göstərilən səylər əbəs deyil. Rusiya ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna misal olaraq ilk 9 ayda ticarət dövriyyəsinin, təxminən, 62% artdığını göstərib:
"Biz daima regional məsələlər üzrə məsləhətləşmələr aparırıq. Sizinlə ikitərəfli formatda görüşmək imkanı olduğu üçün çox məmnunam".