AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu prezident Həsən Ruhani İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşdən sonra bəyan edib.
“Qərara aldıq ki, hər üç ölkənin potensialından istifadə edək. Biz üç Xəzəryanı ölkəyik və bu dənizdən sülh və inkişaf üçün istifadə edirik. Razılığa gəldik ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafını asanlaşdıraq”, deyə H.Ruhani bildirib.