Bakı metrosunda həyəcan: Sərnişinlər tuneldə qaldı

2 Noyabr 2017 09:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, metronun "Həzi Aslanov" stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb. Bu səbəbdən də sərnişinlər 15 dəqiqəyə yaxın tuneldə qalıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bu səbəbdən də həmin qatarın xətdən çıxarıldığını deyib: “Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Hazırda qatarlar arasında hərəkət bərpa olunub".

Bahar RÜSTƏMLİ
AzNews.az