AzNews.az xəbər verir ki, 69 yaşında vəfat etmiş aktyorun nəvəsi Heydər Əliyev onun yoxluğu ilə hələ də barışa bilmir:
“Canım babam. Sənin ad günündür və sən yoxsan… tez bir zamanda babasız qalacagımı düşünməmişdim... məkanın cənnət olsun, baba”.
Qeyd edək ki, əməkdar artist Telman Əliyev 2014-cü ildə “Direktor “Azdrama”nı məhv edir” başlıqlı müsahibəsinə görə Akademik Milli Dram Teatrından uzaqlaşdırılıb. Ondan sonra aktyorun səhhətində problem yaranıb. O, 2017-ci il iyulun 4-də dünyasını dəyişib.
Bahar RÜSTƏMLİ
AzNews.az