İsrail Qəzzada əməliyyatlara başladı - Yenilənib

29 Dekabr 2017 17:40 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, raketlərdən ikisi İsrail hərbçiləri tərəfindən cavab reaksiyası ilə zərərsizləşdirilib.

Qarşısı alınmayan 3-cü raket İsraildə yaşayış evini dağıdıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

***

İsrail ordusu raket zərbələrindən sonra Qəzza sektorunda əməliyyatlara başlayıb. Raket atəşinə cavab olaraq, İsrail hərbçiləri silahlı qruplaşmaların mövqelərinə hücum edib.

Təyyarələr və tanklar vasitəsilə HƏMAS qruplaşmasının mövqelərinə zərbələr endirilib.