Məmmədyarov həmsədrlərlə görüşəcək

2 Noyabr 2017 13:30 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş Moskvada olacaq: "Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm".