AMİP sədri 2015-ci il hədəflərini açıqladı

23 Fevral 2013 10:57 (UTC+04:00)



"Əsas hədəfimiz 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etməkdir". Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Məşvərət Məclisi gələcəyə hesablanmış təşkilatdır: "Hələ prezident seçkiləri ərəfəsindəyik. Məşvərət Məclisi bugünkü və ya sabahkı günə hesablanmış təşkilat deyil. Birbaşa hədəfimiz 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkiləri və seçki mühitinin demokratikləşməsi uğrunda mövqeyin yaradılmasıdır. Eyni zamanda 2015-ci ildə növbəti parlament seçkilərində vahid komanda şəklində iştirak etmək niyyətindəyik".

AzNews.az