Top qapı xəttini keçdi, hakim oyunu bitirdi - Video

2 Noyabr 2017 22:50 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, matçın son anlarında “Ponferradina”nın futbolçusu rəqib qapıya aşırtma zərbə endirib. Top qapı xəttini keçdiyini anda oyunun baş hakimi Lopez Parra final fitini səsləndirib.

Futbolçular baş hakimin bu qərarına nə qədər etiraz etsələr də, referi qolu qeydə almayıb və matç 0:0 başa çatıb.