Gəncədə avtomobil aşıb, ölənlər var

2 Noyabr 2017 23:34 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobilin aşması nəticəsində 2 nəfər – sürücü və sərnişin dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.