Tramp Putinlə görüşmək istəyir

3 Noyabr 2017 10:16 (UTC+04:00)

Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Qerbert Makmaster bu barədə konkret razılaşma olmadığını deyib.

"Bu, çox vacib bir səfərdir. Putinlə görüşümüz ola bilər. Onlar bizə Şimali Koreya və Suriya ilə bağlı kömək edə bilərlər. Biz Ukraynadan danışmalıyıq", - bunu isə Tramp mətbuata açıqlamasında bildirib.

Oktyabr ayının sonunda Ağ Ev Trampın Putinlə görüşmək istədiyini bildirmişdi.

Qeyd edək ki, APEC ölkələri liderlərinin sammiti 6-11 noyabr tarixlərində Dananq şəhərində keçiriləcək.