Bu barədə Trend-ə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Əhmədov məlumat verib.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilovdur.
Hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olduğundan evə buraxılıb, digər yaralının müalicəsi davam etdirilir.
AzNews.az