“Ümid edirəm ki, ilin sonunadək əfv sərəncamı olacaq”

3 Noyabr 2017 13:29 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu, cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə edilən dəyişikliklərin tərkib hissəsidir: "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamının məqsəd odur ki, cəzaçəkmə müəssisələrində insanların sayı azalsın".

AzNews.az