Tural Abbaslının məhkəməsi təxirə salınıb

23 Fevral 2013 11:41 (UTC+04:00)


"Dünən vəkilimlə məhkəməyə getmişdik. Hakimlər də bizim orada olmağımızda xəbərdar idi. Amma buna baxmayaraq, hakim bizim iştirakımız olmadan qərar verib. Hakimlə dəhlizdə rastlaşdıq. Bizə dedi ki, sizin işinizə qərar verilib. Əlavə etdi ki, sizi burada görmədik deyə özümüz qərar çıxardıq".

Bu barədə AzNews.az-a Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslı deyib. T.Abbaslı məhkəmənin qərarına etiraz etdiyini bildirib: "Biz öz etirazımızı bildirdik. Məhkəmədən qayıtdıqdan sonra hakimin köməkçisi bizə zəng edib, dedi ki, sizin işiniz başqa işlə səhv düşüb, buna görə də sizin məhkəmə fevralın 26-na təxirə salınıb".

Qeyd edək ki, Tural Abbaslı yanvarın 12-də əsgər ölümlərinə etiraz mitinqində iştirakına görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 AZN məbləğində cərimə olunub.

İlkin
AzNews.az