AzNews.az Apa-ya istinadən xəbər verir ki, Atabəylər prospektində baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğludur.
Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.