Masallıda yanğın: 81 yaşlı qadın öldü

30 Dekabr 2017 09:00 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.