Azad Rəhimov təmir işlərindən danışdı

23 Fevral 2013 11:51 (UTC+04:00)


Heydər Əliyev adına İdman Konsert Kompleksində təmir işlərinin aparılmasına ciddi ehtiyac var.APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, kompleksin məşq zallarında ciddi təmir işləri aparılmalıdır: "Atıcılıq stendində də yeni stend tikilməlidir. Tüfəng və tapança zallarının tikilməsi vacibdir. Bakı İdman Sarayında da təmir işləri aparılmalıdır. Daha böyük işlərin Bakı Sərgi Salonunda aparılmasına ehtiyac var. Orada 4 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bu taekvando, karate, badminton və stolüstü tennis oyunlarıdır. Orada tribunalar, sanitar qovşaqları, restoran və kafelər tikilməlidir".

AzNews.az