Avtomobil ağaca çırpıldı

4 Noyabr 2017 18:04 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 1993-cü il təvəllüdlü Zeynəb Zirəddin qızı Bayramova və 68 yaşlı Firəngiz Cahangir qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.