14 yaşlı qız dəm qazından boğuldu

4 Noyabr 2017 20:00 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az