AzNews.az Report-a istinadən xəbər verir ki, Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, VAZ markalı avtomobil yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilovu vurub.
Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.