43 yaşlı kişinin meyiti dostunun evində tapılıb

5 Noyabr 2017 10:23 (UTC+04:00)

AzNews.az Apa-a istinadən xəbər verir ki, araşdırmalar zamanı meyiti tapılan şəxsin Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Ruslan İsmayıl oğlu İsmayılov olması müəyyən edilib.

R. İsmayılovun meyitinin tapıldığı ev isə onun dostunun mənzili olub. Ölümün səbəblərini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertizalar təyin edilib.

Şəki Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.