Bakıda qız atasını baltaladı

5 Noyabr 2017 10:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.