Hər iki valideyinini itirmiş 25 uşaqla bağlı kitab

23 Fevral 2013 12:44 (UTC+04:00)


Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi bu dəhşətli faciə yalnız Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.

Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə iştirakı ilə həyata keçirilən bu soyqırımının statistikası yüzlərlə uşağı da əhatə edir.

Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.

Hadisə zamanı 25 uşaq isə (indi onların ən kişiyinin 21 yaşı var) hər iki valideyinini itirib.

Xocalıda hər iki valideynini itirmiş 25 uşaq barədə kitab hazırlanır. Bu barədə Modern.az saytının baş redaktor müavini Əfqan Qafarlı məlumat verib.

O, qeyd edib ki, Modern.az saytının əməkdaşları hər iki valideyinini itirmiş uşaqlarla görüşüblər və onların başına gələn müsibətlərlə bağlı yazılar hazırlayıblar:

"Biz Modern.az saytı olaraq qərara aldıq ki, bu 25 nəfərin dəhşətli həyat hekayətlərini bir kitaba toplayaq. Bu kitab xarici dillərə də tərcümə olunacaq. Kitabın ayrı-ayrı ölkələrdə yayılması da nəzərdə tutulub. Bununla bağlı həm ayrı-ayrı səfirliklərimiz, həm diaspor qurumlarımız, həm də Qeyri-Hökümət Təşkilatları ilə razılığa gəlmişik. Çalışacağıq kitabın təqdimatını bu il aprelin 24-də keçirək. Həmin gün ermənilər özlərinin qondarma "soyqırımı günü"nü qeyd edəcəklər. Düşünürük ki, bu kitab onlara bir cavab olacaq".

AzNews.az