AzNews.az xəbər verir ki, Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidentləri Yasmin Datviç, Amany Asfour və təşkilatın bir sıra dünya bölgələri üzrə rəhbərlərinə məlumatlar verib, fikir mübadiləsi aparılıb.
Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili onları Azərbaycana dəvət edib.