Batumidə deltaplanla dənizə düşən turist azərbaycanlı deyil - Yenilənib

5 Noyabr 2017 19:35 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

Daha öncə deltaplanla Azərbaycan və Ukrayna vətəndaşlarının uçduğu bildirilirdi.

"Aparat 15 metr yüksəkliyindən Batumi yaxt-klubunun sahilinin yaxınlığında düşüb. Hadisə bu günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.

Hadisənin rəsmi səbəbi hələlik məlum deyil.

***

Batumidə deltaplanla uçan azərbaycanlı və ukraynalı turistlər Qara dənizə düşüblər.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Aparat uçmağa cəhd göstərdikdən sonra dərhal dənizə düşüb. Xilasedicilər aparat və iki turisti xilas edə biliblər.

Deltaplan 15 metr yüksəklikdən düşüb.