“Kütləvi şəkildə uşaqlar üçün yay düşərgələri yaradılmalıdır”

23 Fevral 2013 13:13 (UTC+04:00)
Azərbaycanda uşaq düşərgələri sistemi yaradılacaq. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, bu, MM-də yeni hazırlanan "Uşaqların asudə vaxtının təşkili" haqqında qanun layihəsində nəzərdə tutulur. Onun sözlərinə görə, qanun layihəsində uşaqların zərərli vərdişlərdən – siqaretçəkmə, narkomaniya, internet asılılığı kimi hallardan uzaqlaşdırılması üçün müxtəlif üsullar təklif olunur:

"Bütün ölkə üzrə kütləvi şəkildə yay düşərgələri yaradılmalı, həftə sonları məktəblilərin rayonlara ekskursiyaları təşkil olunmalıdır. Həmkarlar ittifaqlarında bununla əlaqədar vəsaitlər olmalıdır. İşəgötürənlər də uşaqların asudə vaxtının təşkilinə vəsait ayrımalıdır".

AzNews.az