Məmmədyarov İsveçə getdi

6 Noyabr 2017 09:17 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Azərbaycan XİN başçısının səfəri noyabrın 7-dək davam edəcək.

Qeyd edək ki, İsveç Kralığının xarici işlər naziri Marqot Vallström 2016-cı ilin fevralın 10-da Azərbaycanda səfərdə olub.