İki bacını maşın vurdu

6 Noyabr 2017 09:19 (UTC+04:00)

"Report" xəbər verir ki, Azadlıq prospektində 115 saylı orta məktəbin qarşısından yolun digər tərəfinə keçmək istəyən 1998-ci il təvəllüdlü Şahmalıyeva Aysel Vaqif qızı və 2001-ci il təvəllüdü Şahmalıyeva Elmina Vaqif qızını minik avtomobili vurub.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Sürücü saxlanılıb.

AzNews.az