Televizor körpənin üstünə aşdı

6 Noyabr 2017 09:35 (UTC+04:00)

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

AzNews.az