Erməni Kilsəsi Fransada azərbaycanlıların tədbirinə mane olmaq istədi

23 Fevral 2013 13:50 (UTC+04:00)
Azərbaycanlıların Fransada keçirdiyi tədbirin qarşısını almağa çalışılıb. "Avropa Azərbaycan" təşkilatının 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi və Sen Rok kilsəsində keçirilən tədbirin qarşısını ala bilməyən ermənilər çıxış yolunu qondarma erməni soyqırımına aid broşurlar yaymaqda tapıblar.

Kilsənin qarşısında dayanan erməni gənclər tədbir iştirakçılarına broşur dağıtmaqla tədbirin qarşısını almağa cəhd etsələr də, bu baş tutmayıb. Ancaq erməni mətbuatı gənclərin Azərbaycan təbliğatının qarşısını aldığını iddia edib.

Erməni mətbuatının yazdığına görə, bundan əvvəl Fransadakı Erməni Katolik kilsəsi Senj Rok kilsəsinə məktub göndərərək tədbirin keçirilməsinə icazə verilməməsini istəyib. Ancaq müraciətə baxmayaraq azərbaycanlılar tərəfindən klassik musiqidən ibarət konsert kilsədə təşkil olunub.

Elnarə Əlosmanqızı
AzNews.az