Qaradağda yanğın

6 Noyabr 2017 10:40 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda birmərtəbəli 5 otaqlı evin dam örtüyü 30 m2, evə bitişik ümumi sahəsi 3 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində quraşdırılan su qızdırıcısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.