Xalq artistinin səhhəti ilə bağlı açıqlama - “Səhər-səhər yenidən...”

6 Noyabr 2017 13:12 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib. Onun sözlərinə görə, aktyorun görmə qabiliyyəti tamamilə bərpa olunub:

“Sağ gözündə problem var idi. Buna görə əməliyyat etdik. Əməliyyatı oğlumla birlikdə apardıq. Hazırda aktyorun səhhəti çox yaxşıdır. Səhər-səhər yenidən müayinə olundu. Fuad Poladovun görmə qabiliyyəti 27 yaşında olduğu kimidir”.

Qeyd edək ki, Xalq artisti Fuad Poladov iki gün öncə gözündən əməliyyat olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az