21 yaşlı qız dəm qazından zəhərləndi

6 Noyabr 2017 17:43 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Yusifova Röyalə Rövşən qızı evlərinin hamamında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməyi ilə o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az